Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:47

Anar uzun fasilədən sonra povest yazdı


-

"Azərbaycan" jurnalının yeni - 11-ci sayında yazıçı Anarın yeni povesti çap olunub: "Göz muncuğu".

Son illərdə əsasən esselər, memuarlar, tarixi-kulturoloji traktat, kino-ssenarilər, satirik hekayələr yazan Anar bu dəfə nəsr əsəri ilə oxucularının görüşünə gəlir.

Jurnalda povest haqqında gənc yazıçı Pərvinin "Anar nəsrinin göz muncuğu" adlı geniş essesi də yer alıb:

"... Anar qısa və uzun cümlələrlə, rabitəsiz fikirlərlə qəbirdə dirilmiş əli-qolu bağlı insanın dəhşətini, ağrısını, təlaşını, qorxularını son dərəcə dəqiq, canlı ifadə edir.

Oxuduqca soyuq, nəm, üstübağlı bir məkanda hiss edirsən özünü və qəhrəmanın halını daha yaxşı anlayırsan.

Yazıçının da əsas istəyi budur, deyəsən.

Əhlimanı oxucusu ilə doğmalaşdırmaq, bəlkə də eyniləşdirmək.

Axı doğrudan da Əhlimanın daxilindəki xeyir və şər toxumları hər birimizin içində var, zamanla cücərir, bəzən də biri digərini vurub keçir.

Amma xeyirin, yaxud da şərin cücərməsi, boy atması üçün münbit şəraiti yaradan nədir?

Bax bu sualın cavabını yazıçı müxtəlif fəsillərdə verir".

Anar "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Dantenin yubileyi" və başqa məşhur əsərlərinin çoxunu sovet dövründə yazıb.

Povesti yaxın günlərdə "Oxu zalı"nda oxuya biləcəksiniz.

525.az

XS
SM
MD
LG