Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:44

-

Təshil naziri Mikayıl Cabbarov parlamentdə çıxış edib. Bildirib ki, təhsil və elmin inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlər üzrə tədbirlər görülür. Orta məktəblərdə hərbi tərbiyə üzrə dərslər gedir, peşə təhsili diqqət mərkəzindədir.

Nazir gələn il bitəcək I Xaricdə Təhsil Dövlət proqramından danışıb. Deyib ki, 2008-2015-ci illəri əhatə edən proqramda bu vaxtadək 755 məzun olub. Onların 35 faizi dövlət, 65 faizi özəl sektorda çalışır. Növbəti dövlət layihəsinin hazırlanmasında həm xaricə tələbə göndərəcəyik, həm də xaricdən professor müəllim dəvət edəcəyik:

«Orta məktəblərdə dərsliklərin ağırlığı ilə bağlı bəzi fikirlər səsləndi. Biz aşağı siniflərdə dərsliklərin çəkisinin azalmasını, daha da optimallaşmasını qarşıya məqsəd qoymuşuq. Əlbəttə ki, əsas dərsliyin məzmunudur».

Mikayıl Cabbarov deyir ki, 6-cı və yuxarı siniflərdə şagirdlər üçün elektron dərsliklər hazırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG