Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

«ANS Kommers»lə Vergilər Nazirliyinin çəkişməsi ilə bağlı qərar oktyabrın 12-də veriləcək


Oktyabrın 10-da 1 Saylı Yerli İqtisad Məhkəməsində, hakim Maşalla Ələkbərovun sədrliyi ilə «ANS Kommers» Şirkətinin Vergilər Nazirliyinə (VN) qarşı iddiası əsasında növbəti məhkəmə iclası keçirilib. «ANS Kommers» Şirkətinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, prosesə Azərbaycanda akkreditasiya olunan xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri də qatılıb.


Məhkəmədə rəy vermiş beynəlxalq audit şirkəti «Ernest and Young», Azərbaycan Auditorlar Palatası və Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsinin nümayəndələri izahat veriblər. Beynəlxalq audit şirkətinin nümaynədəsi VN-in tərtib etdiyi aktı əsasız adlandırıb. Auditorlar Palatası da «ANS Kommers» Şirkətinin mövqeyinin haqlı olması barədə verdiyi rəyi təsdiqləyib.


Məhkəmənin qərarı oktyabrın 12-də elan ediləcək.


«ANS Kommers» Şirkəti Vergilər Nazirliyinin qurumda apardığı yoxlamalardan sonra 31 min yeni manat məbləğində cərimələnməsi ilə bağlı qərarı düzgün hesab etmədiyindən məhkəməyə müraciət etmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG