Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:50

«Elm elə bir sahədir ki, tez bir zamanda gəlir gətirmir»


Deputat Əhliman Əmiraslanov

Deputat Əhliman Əmiraslanov

-

Noyabrın 20-də Milli Məclisdə 2015-cü ilin dövlət büdcəsinin müzakirələri davam edib. Deputat Şəmsəddin Hacıyev çıxışında bildirib ki, təhsil, elm sahəsində ciddi islahatlar reallaşdırılır. Qarşıya qoyulan tədbirlər icra olunur:

«Tutalım, hansısa tədbirlərin icrası birinci siniflərdən başlayırsa bunun nəticəsi 10 ildən sonra görüləcək. Yeni islahat gedir, amma nəticələrini görmək üçün müəyyən zaman gərəkir».

Şəmsəddin Hacıyev müəllimlərin əməkhaqlarına da toxunub. Bildirib ki, təhsil sferasında maaşların 100-150 manat artırılması hardasa 800 milyon əlavə vəsait deməkdir:

«Bu vəsaitin mənbəsi isə yoxdur. Mən düşünürəm ki, bunun ən yaxşı çıxış yolu müəllimlərin attestasiyadan keçmələrini sürətləndirmək, həftəlik dərs yükünü azaltmaq olar».

Deputat Əhliman Əmiraslanov ictimaiyyətdə, mediada yer alan «Azərbaycanda elm yoxdur, təhsil pis vəziyyətdədir» kimi fikirlərə münasibət bildirib. Bu cür fikirlərlə razılaşmadığını və Azərbaycanda elmin, təhsilin inkişaf etdiyini söyləyib.

«ELM ELƏ BİR SAHƏDİR Kİ, TEZ BİR ZAMANDA GƏLİR GƏTİRMİR»

Əhliman Əmiraslanov 2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərindən danışıb. Bildirib ki, gələn ilin büdcəsində səhiyyə xərclərinin artırılmasını müsbət qiymətləndirib. Lakin bununla belə adambaşına düşən səhiyyə xərclərinin o qədər də çox olmadığını söyləyib:

«Səhiyyə xərclərini təkcə dövlətin üzərinə atmaq düzgün yanaşma deyil. Bunun da ən yaxşı çıxış yolu icbari tibbi sığortanın tətbiqidir. İcbari tibbi sığorta icra olunarsa adambaşına düşən səhiyyə xərci artar».

Əhliman Əmiraslanov 2015-ci ildən dərman və sarğı preparatlarının mərkəzləşdirilmiş qaydada icrasından razılığını bildirib. Deyib ki, yeni qayda vəsaitin daha məqsədyönlü və daha keyfiyyətli məhsulun alınmasına yardım edəcək.

Abel Məhərrəmov təhsilin inkişafı ilə bağlı təkliflər verib:

«Elm sahəsində əmək haqları artırılmalı, «elm haqda» qanun qəbul olunmalıdır, tələbələrə kredit verilməlidir, magistrların hərbi xidmətə çağrılması təhsili yarıda qoyur. Onlar bakalavr pilləsini bitirib, əsgər gedirlər, geri dönəndə təhsillərini davam etdirmək istəmirlər. Təhsil, elm, dövlət işi, ümumxalq işi olmalıdır. Belə olmadığı halda biri deyəcək gəmini sağa sür, digəri sola sürəcək. Sağa gedəndə sol yıxılır, sola gedəndə sağ. Ona görə də bu ümumxalq yanaşma tələb edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG