Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycandakı layihəyə 610 min dollar texniki və maliyyə yardımı göstərəcək. Bu məbləğ ATƏT-in Bakı layihə əlaqələndiricisinin ofisinin insan alveri və məcburi əməyin qarşısının alınması, bu hallarla mübarizədə səmərəliliyin artırılması layihəsinə dəstək üçündür. USAID və ATƏT-in Bakı layihə əlaqələndiricisi arasında imzalanan bəyannəmənin şərtləri bunu görtərir.

Bəyannamə Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq və bu mübarizəni dəstəkləmək məqsədi daşıyır.

Sənədi ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Dereck Hogan və ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Alexis Chahtahtinsky imzalayıb.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Dereck Hogan deyib ki, imzaladıqları Bəyannamə ABŞ-ın USAİD vasitəsilə Azərbaycandakı tərəfdaşlarının insan alveri ilə mübarizə səylərinə yardım göstərməkdə qərarlı olduğunu göstərir. Onun sözlərinə görə, ABŞ hökuməti Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla, digər tərəfdaşlarla əlaqələndirmə və əməkdaşlıq şəraitində bu səyləri davam etdirəcək və genişləndirəcək:

"Azərbaycan insan alverinin qarşını almaq üçün konkret tədbirlər görüb. İnsan alveri ilə mübarizəyə dair qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə işçilərə müvafiq təlimlərin keçirilməsi aiddir".

ATƏT-in Bakı layihə əlaqələndiricisinin sözlərinə görə Alexis Chahtahtinsky qeyd edib ki, ATƏT-in Bakı layihə əlaqələndiricisinin Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirdiyi layihəni Azərbaycan hökuməti 2014-cü ilin iyununda təsdiq edib:

“Müasir köləliyin bu formasının 21-ci əsrdə yer almaması üçün səylərimizi birləşdirmək çox vacibdir. Bu qlobal problemin qarşısı hər yerdə səmərəli şəkildə alınarsa, biz uğura nail ola bilərik. Buna görə ATƏT, ABŞ hökuməti və Azərbaycan Respublikasının bu sahədə birgə çalışması çox vacibdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG