Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

2015-ci ildə Bakı-Madrid birbaşa reysi açılacaq


Arxiv foto
Arxiv foto

-

Azərbaycan və İspaniya paytaxt şəhərlər arasında birbaşa uçuşların həyata keçirilməsi üçün tamamlama işləri aparır. Bu barədə İspaniyanın Efe agentliyinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov danışıb. Cənab Səmədov hazırda Barselonada Eibtm biznes turizm sərgisində iştirak edir.

Onun sözlərinə görə, birbaşa uçuş iki ölkə arasında turist axını və biznesin inkişafına öz töhfəsini verəcək.

BAHALI ÖLKƏ STEREOTİPİNİ QIRMAQ

Səmədovun sözlərinə görə, hökumət “neft gəlirlərinin əbədi olmayacağını” anlayıb iqtisadiyyatın digər sektorlarını inkişaf etdirir. Buraya turizm, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları daxildir.

“Biz Azərbaycanın bahalı ölkə olması stereotipini qırmaq istəyirik,” Səmədov deyib. Onun sözlərinə görə, son illər hökumət yüksək səviyyəli turizm obyektləri və infrastruktur yaradıb.

Nazir müavini onu da etiraf edib ki, Azərbaycan İspaniyada az tanındığından daha çox ispanı cəlb etmək elə də asan deyil. O, Bakının kommersiya fəaliyyəti və marketinq cəhdlərinin artırılmasının vacibliyini vurğulayıb.

REKLAMDA UĞUR

Azərbaycanın beynəlxalq imicinə doğru ən böyük uğur da elə ispanların əliylə həyata keçib:

“Atletico de Madrid futbol komandasının forması indiyədək reklama yatırdığımız ən yaxşı sərmayədir,” Səmədov bildirib.

«Atletico» futbolçularının «Land of fire –Azerbaijan» yazılı formalarının həmin kluba 20 milyon avrodan çox qazanc gətirəcəyi bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG