Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:18

Kosovo liderləri Böyük Koalisiya yaradır


Kosovo Demokratik Partiyasından Hashim Thaci

Kosovo Demokratik Partiyasından Hashim Thaci

Kosovonun iki aparıcı siyasi partiyası koalisiya hökumətinin qurulması üzrə razılaşma əldə etməklə beş aydan bəri davam edən siyasi mübahisəyə son qoyub.

Bunu prezident Atifete Jahjaga noyabrın 19-da elan edib. O, vəzifədən gedən baş nazir, Kosovo Demokratik Partiyasından (PDK) Hashim Thaci və rəqib Kosovo Demokratik Liqasından (LDK) Isa Mustafa ilə danışıqlar aparıb.

“Thaci və Mustafa PDK və LDK arasında koalisiya qurulmasına, Kosovo Respublikası institutlarının yaradılmasına əsasən razılaşıblar,” Jahjaga pres-relizdə bildirir.

Ancaq bəyanatda Thaci-nin hökumət başçısı kimi qalıb-qalmayacağı qeyd olunmur. Thaci 2008-ci ildən Kosovonun baş naziridir.

LDK-nın yaydığı bəyanatda isə baş nazirin Mustafa olacağı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG