Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Minsk qrupu helikopterlə bağlı bəyanat yayıb


Erməni helikopterləri Azərbaycan ərazisində

Erməni helikopterləri Azərbaycan ərazisində

Həmsədrlər noyabrın 12-də Azərbaycan qüvvələrinin vurduğu hərbi helikopterin düşdüyü əraziyə humanitar girişin olmamasından dərin narahatlıq bildirirlər.

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu noyabrın 19-da bəyanat yayıb. Bəyanatı həmsədrlər – Rusiyadan Igor Popov, ABŞ-dan James Warlick və Fransadan Pierre Andrieu imzalayıb. Həmsədrlər noyabrın 12-də Azərbaycan qüvvələrinin vurduğu hərbi helikopterin düşdüyü əraziyə humanitar girişin olmamasından dərin narahatlıq bildirirlər.

“Vertolyotun qalıqları Təmas Xəttindən neytral minalanmış ərazidə yerləşir. Biz tərəfləri qəza ərazisi yaxınlığında atəşi dayandırmağa və ətraf ərazinin minalardan təmizlənməsini asanlaşdırmağa çağırırıq” həmsədrlər bildirir.

“Həmsədrlər, 2010-cu ilin oktyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan bəyanatına uyğun olaraq, Azərbaycanı hadisə qurbanlarının meyitlərinin götürülməsinə icazə verməyə, Ermənistanı isə bu humanitar durumun həlli üçün əməkdaşlıq göstərməyə çağırır. Qeyd edirik ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk və onun komandası regiondadır və tərəfləri hadisə yerinə getmək üçün onlardan istifadə etməyə səsləyirik,” bəyanatda deyilir.

“12 noyabr bəyanatımızı bir daha təsdiqləyirik, tərəflərə xatırladırıq ki, atəşkəsə hörmət öhdəlikləri var və Soçi, Nyuport və Parisdə münaqişənin dinc yolla həllinə dair götürdüyü öhdəliklərə əməl etsinlər,” həmsədrlər vurğulayır.

Müdafiə Nazirliyi bildirir ki, noyabrın 12-də Ermənistana məxsus helikopter Azərbaycanın işğal olunmuş ərazisində uçuşlar keçirərək Azərbaycan tərəfin mövqelərinə hücum edib. Azərbaycan hərbçiləri helikopteri zərərsizləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG