Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10

“QHT-lərə xarici qrantların verilməsinə dair yeni qanunvericilik dəyişiklikləri Azərbaycan hökumətinə imkan verir ki, vətəndaş cəmiyyətini daha çox nəzarətdə saxlasın. Bu dəyişikliklər ölkənin insan haqları problemlərini daha da dərinləşdirir”.

Bunu Avropa Şurasının İnsan Haqları komissarı Nils Muiznieks (@CommissionerHR) tvitter hesabında yazır.

QHT qanunvericiliyinə edilən son dəyişikliklərə görə, qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəuyğunluğuna dair rəyi tələb olunur.

Avropa Şurasının İnsan Haqları komissarı Nils Muiznieks AzadlıqRadiosuna son müsahibəsində ümidini bildirmişdi ki, “növbəti bir neçə ay ərzində QHT qanunu və onun tətbiqinə yenidən baxmaq imkanları yaranacaq”. O, həmin məsələni Ədliyyə naziri Fikrət Məmmədovla görüşündə də qaldırdığını deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG