Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:16

Komitə torpaqları zəbt edənlərin hökumətdəkilər olduğunu bildirir


Əfqanıstanın korrupsiya əleyhinə agentliyi noyabrın 19-da bildirib ki, son 10 ildə Əfqanıstanda dövlət və özəl torpaqların zəbti əhəmiyyətli problem olub.

Anti-Korrupsiya monitorinqi Komitəsinin hesabatına görə, Əfqanıstanda 250 min hektar torpaq zəbt olunub. Əfqanıstanda leqal qeydiyyatı olan torpaqlar bütün torpaqların 34 faizindən azdır. Bu da torpaqların zəbtinə şərait yaradır.

Hesabatda deyilir ki, bu problemi həll etməyə siyasi iradə yoxdur. Səbəb isə korrupsiyadır.

Hesabatda deyilir ki, torpaqları ələ keçirənlər hökumətdə ya indi, ya da vaxtilə təmsil olunanlardır.

XS
SM
MD
LG