Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:40

ABŞ Senatında korrupsiya dinləməsi

ABŞ Senatının Helsinki Komitəsi «ATƏT regionunda korrupsiya ilə mübarizə: Yaxşı idarəçilik və təhlükəsizlik arasında əlaqə» mövzusunda dinləmə keçirib.

Dinləmələrdə araşdırmaçı-jurnalist Xədicə İsmayıl da ekspert qismində ifadə verməli idi. O, ölkədən çıxış qadağası olduğuna görə dinləmələrə qatıla bilmədiyindən öz yazılı mövqeyini Helsinki Komitəsinə göndərib.

LiveBloq daim yenilənir. Ən son xəbərlər bloqun yuxarısındadır. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla əvvəlki postları da oxumaq mümkündür. Fikir və mülahizələrin varsa, mətnin sonunda, forum bölümündə və ya bizim FB səhifəsində, Twitter mikrobloqunda bölüşə bilərsən.

19:58 19.11.2014

KORRUPSİYA VƏ QHT-lər

Korrupsiaya qarşı mübarizədə QHTlərin səmərəsi müzakirə olunur. Shaazka Beyerle bildirdi ki, vətəndaş cəmiyyətinin fəallarını dəstəkləmək vacibdir. Bunu bəzən ənənəvi QHTlərdən kənar həyata keçriməyin daha səmərəli olduğunu əlavə etdi. Korrupsiener hakimiyyətlə QHTlərin yaxınlaşması təhlükəsini bildirən ekspertin fikrincə, cəmiyyətdə nüfuz sahibi olan vətəndaş cəmiyyəti fəalları ilə birbaşa əlaqə bu təhlükəni zəiflədə bilər

Davamı

XS
SM
MD
LG