Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

«Naxçıvanın Dövlət Bayrağı haqqında» sərəncam Heydər Əliyevə sədaqətin nümunəsidir


Naxçıvanda Bayraq meydanı
Naxçıvanda Bayraq meydanı

-

«Şərq qapısı» - 19.11.2014

«Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında» Sərəncam Heydər Əliyev yoluna sədaqətin, dövlətçilik ənənələrinə dərin hörmətin nümunəsidir

17 noyabr 2014-cü il Naxçıvan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün hamı, sözün əsl mənasında, bir bayrağın altında toplaşmışdı: Şərqin bu qədim şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimi keçirildi. Bu əlamətdar gündə milli dövlətçilik atributu olan üçrəngli bayrağımız haqqında tarixi sərəncam imzalandı.

Sərəncama əsasən, hər il noyabr ayının 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı günü kimi qeyd ediləcək...

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: «...ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə dövlət bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir».

Ənənəvi qış hazırlığı

Miyanpur (miyanpor «ortası dolu» deməkdir). Ordubad bölgəsində hazırlanır. Alana ilə miyanpur eyni qaydada nazlı şaftalıdan düzəldilir. Alanadan fərqli olaraq, miyanpurun içinə hazırlanmış qarışım deyil, cəviz ləpəsi qoyurlar. Cəvizin tərkibində yağ çox olduğundan miyanpur uzun müddət qala bilir.
Sucuq. Sucuq hazırlamaq üçün cəviz yaş-yaş sapa düzülərək qurudulur. Un, şəkər tozu, ədva, doşab (rəngi üçün) qarışdırılaraq bulamac bişirilir. Bişirilmiş bulamac bir qədər soyudulur, sonra sapa düzülmüş cəviz ləpəsini qazanın içində olan isti bulamaca batırıb-çıxarır (bu qayda bir neçə dəfə təkrar edilir), sonra qurutmaq üçün ipə asırlar. Sucuq elə yerdə saxlanılır ki, həmin yerdə rütubət olsun. Rütubət sucuğun yumşaq qalmasına kömək edir. Toplanmış materiallardan məlum olur ki, sucuğun yumşaq qalması üçün onu düyü unundan hazırlamaq da məsləhət görülmüşdür. ..

XS
SM
MD
LG