Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:57

Milli Məclis Fransa Senatına müraciət etdi


Milli Məclisin oktyabrın 10-da keçirilən iclasında bir sıra deputatlar Fransa parlamentində «erməni soyqırımı» iddiaları haqqında qanunun müzakirəsinə etiraz ediblər.


Millət vəkilləri Zahid Oruc, Sabir Rüstəmxanlı, Pənah Hüseyn məsələ ilə bağlı Fransa Senatına müraciət edilməsi təklifini irəli sürüblər. Spiker Oqtay Əsədov Türkiyə parlamentinin Fransaya cavab verəcəyinə baxmayaraq, Milli Məclisin də məsələyə münasibət bildirməsi təklifi ilə razılaşıb. Günün ikinci yarısında isə parlament Fransa Senatına müraciət ünvanlayıb.


Müraciətdə deyilir ki, 20-ci əsrin əvvələrində Osmanlı imperiyasında baş verən hadisələr elmi tədqiqat predmetidir. Bundan əlavə, ermənilərin özləri yaxın keçmişdə azərbaycanlılara qarşı soyqırım hesab ediləcək kütləvi qətllər və etnik təmizləmə həyata keçirib. Buna görə də, Senatın bu cür sənədi qəbul etməsi ATƏT-in Minsk Qrupu həmsədri kimi Fransanın obyektivliyinə şübhə yaradacaq.


Fransa Senatının müzakirəyə çıxardığı qanun layihəsi qəbul olunarsa, bu ölkədə «erməni soyqrımı»nı tanımayan şəxslər cəzalandırılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG