Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:40

Çexiyada Azərbaycan sərgisinə hazırlıq başlanıb


“Azərbaycan – möcüzəli Odlar yurdu”
“Azərbaycan – möcüzəli Odlar yurdu”

-

Çexiya Milli Muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeylərinin sıx əməkdaşlığı nəticəsində ilk dəfə coxsaylı zəngin eksponatların toplandığı “Azərbaycan – möcüzəli Odlar yurdu” adlı böyük sərginin qurulmasına başlanıb.

Milli Azərbaycan Tarixi Muzeyyinin yaydığı xəbərə görə, sərgi Çexiya Respublikasının Praqa şəhərində Çexiya Milli Muzeyi – Asiya, Afrika və Amerika Mədəniyyətləri Naprstek muzeyində nümayiş olunacaq.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin 250 eksponatı və Çexiya Muzeylərində Azərbaycana aid olan 50 eksponat nümayiş olunacaq.

Onların arasında mis qablar, zinyət əşyaları, sikkələr, tətbiqi sənəd nümunələri, musiqi alətləri, silahlar və Azərbaycan xalcaları təqdim olunacaq.

Sərgidə Azərbaycan dövlətinin zəngin tarixi və qədim ənənələri nümaiş olunacaq.

Azərbaycan tərəfindən, sərginin rəhbəri və müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyin direktoru, akademik Nailə xanım Vəlixanlıdır. Koordinator -Məhfuzə Zeynalova, sərginin dizaynı - Səbuhi Əhmədov, kompyuter dizaynerləri - Səbuhi Əhmədov, Emin Dadaşov, press media - Nüşabə Əsədova, İnarə Muradəliyeva, texniki işlər üzrə - Əli Məhərrəmov və bərpaçı - Təhsib Zəvərlidir.

Çexiya tərəfindən sərginin təşkilatçısı - Pavlina Vogelova, sərginin dizaynı - Tomas Bilek, komputer dizayneri - Anna Proçaskova, tərtibatçılar - Veronika Lerçova, Martin Musil, menecerlər - Barbora Xlubkova, Magdalena Kroupova, press media - Katerina Perglova, Luçiya Bronçova, texniki işlər üzrə - Zuzana Nemçova, Kristina Outratova və Zuzana Valentovadır.

Sərgini dəstəkləyənlər Azərbaycanın Çexiya Respublikasındakı Səfirliyi, Şkoda şirkəti, Çexiya Radio və Televiziyasıdır.

Sərgi noyabrın 28-dən fevralın 15-dək Praqa şəhərində Çexiya Milli Muzeyi – Asiya, Afrika və Amerika Mədəniyyətləri Naprstek muzeyində nümayiş olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG