Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:43

Xarici və vətəndaşlığı olmayan şəxslər üçün mərkəz yaradılıb


Çingiz Qənizadə

Çingiz Qənizadə

-

Noyabrın 18-də Milli Məclisin plenar iclası keçirilib. İclasda 2015-ci ilin büdcəsi müzakirə edilib. Büdcənin müzakirəsi noyabrın 19-da da davam etdirilir.

Xarici və vətəndaşlığı olmayan şəxslər üçün yeni saxlama mərkəzi yaradılıb. Mərkəzin idarə olunması üçün Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub.

Komitə üzvü Çingiz Qənizadə deyir ki, saxlama mərkəzlərində hüquq və azadlıqların yüksək səviyyədə qorunması nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda ölkəyə gələnlər iki ciddi problemlə üzləşirlər:

«Biri odur ki, miqrasiya qaydalarının pozulmasına görə cərimə edilən şəxs sərhədi keçəndə bu cərimədən xəbər tutur və istəyir ki, bu vəsaiti ödəsin, amma bunu ödəmək üçün yerlərdə məntəqələr yoxdur. Şəxs bir də geri qayıdıb bu pulu ödəməlidir. İkinci narazılıq da odur ki, məsələn, Rusiya vətəndaşı olan azərbaycanlı gəlir ölkəyə, Miqrasiya Xidmətində qeydiyyata düşür, 1 ay sonra təcili Rusiyaya getməli olur və 2-3 gün sonra yenidən qayıdır. Bu dəfə düşünür ki, artıq qeydiyyata düşüb, hələ əlində 60 günü var. Ölkəni tərk edəndə isə cərimə ilə üzləşir. Ona görə də, qeydiyyata düşən zaman şəxsə bildiriş verəndə orda mütləq qeyd olunmalıdır ki, ölkəni vaxtından əvvəl tərk edib yenidən qayıtsa, qeydiyyatını yenilməlidir».

Qüdrət Həsənquliyev deyib ki, təkliflərdə qaçqın və siyasi mühacir anlayışı fərqləndirilməyib. O təklif edir ki, Miqrasiya Xidməti ölkəyə gələn xarici vətəndaşlara elə təyyarədə miqrant anketləri paylansın və ölkəyə gələnlər bir də sənəd təqdim etmək üçün Miqrasiya Xidmətini axtarmasın.

Yevda Abramov deyib ki, ölkəyə gələnlərdən o qədər sənəd tələb edirlər ki, bu da turizm sektoruna ciddi ziyan vurur:

«Niyə biz 30 günlük icazə veririk, 90 gün vermirik? Yəhudilərin qara bayramında ABŞ-dan, İsraildən o qədər adam gəlmişdi, amma vətəni doyunca görmədən, Miqrasiya Xidmətinə sənədlər toplamaq proseduruna görə məcbur olub 1 ay sonra çıxıb getsinlər. İsraildə ayağını yerə basan kimi sənə bir kart veririlər və sən 90 gün rahatca ölkədə qala bilirsən».

Günün bütün mövzuları

XS
SM
MD
LG