Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Qlobal Terrorizm Riski hesabatına görə, dünyada bir ildə baş verən terror hadisələrinin 82 faizi cəmi 5 ölkənin payına düşür.

Washington Post qəzeti yazır ki. səfər etməyə 5 ən təhlkükəli ölkələr bunlardır:

İraq – burda 2492 terror hadisəsi olub və 6362 adam ölüb

Əfqanıstan – 1148 terror hadisəsində 3111 adam ölüb

Pakistan- 1933 terror hadisəsində 2345 adam ölüb

Nigeriya- 393 terror hadisəsində 1826 adam ölüb

Suriya- 217 terror hadisəsində 1078 adam ölüb.

İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı hesabata görə, bir ildə İraqda terror hadisələrinin sayı 162 faiz artıb.

Səfər etməyə 6-cı ən təhlükəli ölkə Hindistandır- burda 624 terror hadisəsi olub, 404 adam ölüb.

ATƏT ölkələri arasında terrordan ən çox ziyan çəkən Türkiyədir-burda 34 terror hadisəsində 57 adam ölüb.

Britaniyada terror hadisələrinin sayı ən çoxdur- 131. Ancaq ölən cəmi 3 nəfərdir. Britaniyada terror insidentləri ən çox Şimali İrlandiyada baş verən xırda hadisələrdir.

İsraildə 28 terror hücumu olub, 2 nəfər ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG