Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:11

İD yaraqlısı qadın gülləsindən qorxur? – Mətbuat icmalı


2 uşaq anası olan 30 yaşlı kürd qadın vuruşmağa gedir. Kürdlərin Peşmərqə döyüşçüləri arasında qadınlar niyə belə çoxdur?

İD Xilafəti artıq Liviyaya gəlib. Liviyanın liman şəhərində universitetdə hüquq, təbiət elmləri kimi dərslər ləğv olunub.

Obamanın İD-yə qarşı strategiyasında boşluqlar.

Moskavada restoranlar bağlana bilər.

Dünya mediası bu gün nədən yazır?

Wall Street Journal qəzetinin müxbiri Sandor Jaszberenyi İraqdakürdlərin peşmərqə döyüşçüləri arasında bir qadınla tanış olmuşdu, qayıdanda eşidib ki, həmin qadını döyüşdə öldürdülər.Rengin Yusufunyaşı 30-dan bir qədər çox idi. O, 2 qız övladınıqoyub, döyüşməyə getmişdi.

Rengin deyirdi ki, ona “qadın peşmərqə” deməsin. Çünki belə anlayış yoxdur. Peşmərqə sözünü isə belə izah edirdi ki, bu, kürd dilində “ölümlə döyüşən” deməkdir.

Rengin onu da deyirdi ki, onun kimi qızlar, qadınlar peşmərqənin seksizmdən azad olduğunu göstərir.

Müxbir yazır ki, kürd döyüşçülər arasında qadınlar çoxdur. Bunun səbəbi təkcə döyüşdə qadınla kişi arasında fərq qoyulmamasında deyil.

Müxbirlə söhbət edən kürdlər deyirlər ki, İD yaraqlıları qadın döyüşçü tərəfindən öldürülməkdən bərk qorxurlar. Onların fikrincə, qadının öldürdüyü cihadçı cənnətə getmir.

Müxbiryerli ruhanilərdən bu fikrin düz olub-olmadığını soruşanda onlar bir-birinin ardınca deyiblər ki, cihada çıxan ölürsə,o,cənnətə gedir, fərqi yoxdur, onu kim öldürüb, qadın ya kişi.

Ancaq İD yaraqlıları qadın döyüşçülərdən o qədər qorxurlar ki, Khanaquin məntəqəsinə hücum edəndə və görəndə ki, buranı qoruyanlar yalnız qadınlardır, döyüşə başlamadan dönüb, gediblər. Müxbirin izahı budur ki, İD-nin belə davranmağının səbəbi dində yox, adət-ənənədir.

UNİVERSİTETDƏ HÜQUQ, TƏBİƏT ELMLƏRİ LƏĞV EDİLDİ

Spiegel jurnalı yazır ki,İslam Dövləti təşkilatı öz xilafətini Şimali Afrikaya genişləndirir. Onun müstəmləkələri yaranır. Bir sıra yerli qruplar İD-yə sadiqliyini bildirib. Jurnal yazır ki, İraq və Suriyada qurulan xilafətin artıq 300 km uzunluğunda dəniz sahili var. Özü də Liviyada. Liviyanın dəniz limanı olan Darnada 80 min adam yaşayır. Burda 18-ci əsruin məscidinin üstündə İD-nin qara bayrağı dalğalanır. Şəhərdə islam polisi və Şəriət məhkəmələridir. Universitetdə divar ucaldılıb, indiyə kimi bir yerdə oxuyan oğlanlarla qızları ayırıblar. Hüquq, təbiət elmləri və dillərin tədrisi ləğv olunub.

Bütün bunların niyə baş verdiyini soruşan olsa, o, ölüm riski ilə üzləşə bilər.

Darna terror müstəmləkəsinə çevrilib. Darna Şimali Afrikada İslam Dövləti təşkilatının ilk anklavıdır.

Liviya ümumiyyətlə İD üçün əla strateji yerdir. Burda dövlət dezinteqrasiya olunub, bura Afrikanın ən böyük neft ehtiyatlarının vətənidir. İD Liviyanın böyük bir hissəsini tuta bilsə, bu, bütün ərəb dünyasında sabitliyi pozacaq.

Sabitliyin pozulması, xaos isə İD-yə sərfəlidir. Ərəb ölkələtinin hansında ki, hökumət zəifdir, adamların ərəb baharına ümidləri doğrulmayıb, ora İD gəlir, çünki burdakı təşkilatlar İD-ni gətirir.

Son həftələr yerli ekstremnist qruplar çox çevik şəildə İD-yə qoşulmağa başlayıb. Sentyabrda Əlcəzairin Xilafət Əsgərləri qrupu İD-yə qoşulduğunu bildirdi, keçən həftə Misirin terrorçu qrupu İD-yə qoşuldu.

Spiegel yazır ki, indi İD-nin hədəfində Tunis və dövlətin yoxa çıxdığı Liviyadurur. Ərəb baharının vətəni olan Tunisdə bu ərəb baharından məyusluq çox dərindir. İD yaraqlıları arasında ən çox xarici döyüşçü məhzTunisdən gəlib.

Liviyanın Darna şəhəri isə 2004-cü ildən bəri ən çox intiharçı yetişdirən şəhərdir.

OBAMANIN STATEGİYASI

Washington Post qəzeti yazır ki, ABŞ prezidenti Obama İslam Dövləti təşkilatına qarşı strategiya problemini həll etməlidir. Obama daha bir amerikalının boynunun vurulmasını “xalis İblis hərəkəti” adlandırdı, onun bu kəskin sözləri ABŞ-ın İD-ni dağıtmaq əzmini göstərir. Ancaq qəzet yazır ki, Obamanın çıxışında məyusedici odur ki, onun bu nitqində ABŞ-ın İD strategiyasında boşluqların necə doldurulacağından danışılmadı.

Obamanın keşmiş müdafiə naziri Robert Gates həftəsonu amerikalı generallar qarşısında çıxış edəndə dedi ki, İraq qüvvələri Xüsusi Əməliyyatlar qüvvələri olmadan İD-yə ciddi ziyan vura bilməz. Wall Street Journal qəzetinin yazdığına görə Gates deyib ki, “onlara Obama İD-ni dağıtmaq missiyasını tapşırıb”. Ancaq bunun ardınca Gates əlavə edib ki, “amma siz hərbçilərə qoyulan məqsədə çatmaq üçün səlahiyyət verməyəndə onlarıçox böyük çaşqınlıq içində qoyursunuz”.

Qəzet yazır ki, təkcə amerikalı generallar yox, regionda ABŞ-ın Türkiyə, Qətər kimi tərəfdaşları da Obamanın İD-yə qarşı strategiyasını başa düşmürlər.

Qəzet sonda yazır ki, Obama İD yaraqlılarının təhlükəsini anlayır, ola bilsin ki, o,İD ilə mübarizədə diqqətini cəmləsin. Ancaq Obama quru qoşunları yeritmək istəmir.

MOSKVA RESTORANLARININ 25 FAİZİ

Moscow Times qəzeti yazır ki, rublun dəyərdən düşməsi Rusiya iqtisadiyyatının xariclə bağlı bütün sahələrinə zuyan vurur. Buna təkcəticarət, turizm aid deyil.

Gələn il Moskvadakı restoranların 25 faizinin bağlanacağı gözlənilir.

Turoizmə gəldikdə, hökumət 4 milyon rəsmiyə xaricə getməyi qadağan edib. Bu da bütün potensial turistlərin 22 faizidir. Rublun düşməsi və bu amil Rusiyada turizm sənayesini məhv edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG