Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:37

Noyabrın 18-də Milli Məclisin plenar iclası keçirilib. İclasda 2015-ci ilin büdcəsi müzakirə edilib. Büdcənin müzakirəsi noyabrın 19-da da davam etdirilir. Müzakirələr zamanı Yevda Abramov hərbi xərclərin artırlmasını təklif edib:

«Bizim başqa çarəmiz yoxdur. Biz müharibə vəziyyətində yaşayırıq. Buna görə də hərbi xərclər daha da artırılmalıdır».

O, Qubada aeroport tikintisi məsələsinə də toxunub. Qubada aeroport tikintisinə başlanılsa da, sonradan texnikalar oradan çıxarılıb. Onun fikrincə, bu addım rayon sakinləri arasında narahatlığa səbəb olub:

«Qubada aeroportun tikintisinə başlanıldı. Amma nədənsə, oradakı texnikalar çıxarılıb. Halbuki, aeroportun inşasının nəzərdə tutulduğu torpaqlar dövlət tərəfindən haqqı ödənilməklə alınıb. İndi bu torpaqların sahibləri bilmir ki, torpaqlarındakı meyvə ağaclarını kəssinlər, yoxsa qulluq etsinlər. Orda işlərin dayandırılması müxtəlif şayiələrə səbəb olur. Guya ki, burda aeroportun inşasına Rusiya maneə olur. Çünki, bu beynəlxalq konvensiyanın tələblərinə ziddir. Mən bunu mesaj kimi deyirəm. Hökumət mütləq buna cavab verməlidir»

Yevda Abramov deyir ki, gələn il rublun vəziyyəti daha da ağırlaşacaq, buna görə də Neft Fondu rubla qoyduğu vəsaiti başqa valyutaya dəyişməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG