Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:13

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başladı


 II Bakı Beynəlxalq İdman Filmləri Festivalı

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı

-

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 18-də II Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib. Nizami kino mərkəzində baş tutan tədbirdən öncə mətbuat konfransı təşkil olunub. Konfransda İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko , Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian, münsiflər heyətinin üzvü Yusif Şeyxov çıxış edərək festivalla bağlı fikirlərini paylaşıblar.

Festival 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.

II Bakı Beynəlxalq Film Festivalının ünvanına 33 ölkədən 115 film daxil olub. Müsabiqəyə 48 film buraxılıb. Filmlər beş kateqoriya üzrə bölüşdürülüb.

Bədii film
İdman və şəxsiyyət
İdman və dünya
Tv filmləri
Milli film


Festivalın açılış günü fransız rejissoru Kristof Offenşteynin (Christophe Offenstein) 2013-cü ildə çəkilmiş “Tənha” (En Solitaire) bədii filmi nümayiş olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG