Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:35

Bakının bəzi küçələrində böyük tıxac yaranıb


20 Yanvar daiərsində tıxac. Bakı.2014

20 Yanvar daiərsində tıxac. Bakı.2014


Son günlər Bakının əsas küçə və yollarında tıxaclar artıb. Ötən gecə Tibilisi prospekti ilə Xırdalana gedən yolda uzun tıxac müşahidə edilib.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi facebook səhifəsində bildirib ki, Paytaxtın Tbilisi prospekti - Kənar yolda Cavadxan küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsinə avtomobillərin girişi məhdudlaşdırılıb.

Məhdudlaşdırma aparılan təmir işləri ilə əlaqədardır. Bildirilir ki, həmin ərazidə yol genişlənir. Sürücülərə alternativ olaraq Tbilisi prospekti - Əsas yoldan (yol ötürücüsü ilə) və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.

Baş Dövlət Yol Polis idarəsinin rəhbəri Vaqif Əsədov bir neçə gün əvvəl AzadlıqRadiosuna bildirib ki, Sumqayıt və Abşeron istiqamətindən 20 Yanvar dairəsinə girişdə məhdudiyyətlərin səbəbi var:

"Yeni dəmiryol körpüsü tikilir. Həm də Xırdalan istiqamətindən gələn yol genişlənir. Qələbə meydanından Ziya Bünyadov və Koroğlu metrosu istiqamətində olan yol imkan verir ki, vətəndaşlar mənzil başına 6-7 dəqiqəyə çata bilsinlər."

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi facebook səhifəsində, nə də Vaqif Əsədov yoldakı tikintilərin nə vaxt bitəcəyi barədə məlumat verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG