Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Müdafiə Nazirliyi dövlət sirrinin qorunması üçün məlumatlar hazırlayıb


Arxiv foto

Arxiv foto

Müdafiə Nazirliyi “Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar” hazırlayıb. Nazirlik qeyd edir ki, məlumatların hazırlanmasında əsas məqsəd cəbhəboyu zonada təhlükəsizlik tədbirlərini gücləndirməkdir. Eləcə də milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların yayılmasının qarşısını almaqdır. Məqsəd həmçinin "Dövlət sirri haqqında" qanuna görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasını önləməkdir.

Müdafiə Nazirliyi Dövlət sirri haqqında əsas anlayışları, dövlət sirri təşkil edən məlumatların daşıyıcılarını və yayılması qadağan olunan məlumatları sadalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG