Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:49

Noyabrın 19-da ABŞ Dövlət katibi John Kerry-nin İranın nüvə danışıqlarına qatılacağı gözlənir. 6 ölkə və İran təmsilçiləri Vyanada görüşəcək. Tərəflər noyabrın 24-dək tarixi razılaşma əldə etməyə çalışırlar.

Noyabrın 18-də Londona səfəri zamanı Kerry “kritik həftə” adlandırdığı növbəti günlər üçün proqnoz verməyib. İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, “razılaşmanın əldə olunması digər tərəfin xoş niyyətindən asılıdır”. İranın rəsmi İRNA agentliyinə danışan Zarif bildirib ki, noyabrın 18-də AB-nin keçmiş xarici siyasət rəhbəri Catherine Ashton-la “yaxşı” görüş keçirib. Ashton danışıqları koordinasiya edir.

İran uranı zənginləşdirən sentrifuqaların ölçüsünü və istehsal həcmini azaltmaq istəmir. Aylardır danışıqlar bu səbəbdən dalana dirənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG