Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59

Almaniya nasistlərinin rəhbəri Adolf Hitlerin 1914-cü ildə sulu boya ilə çəkdiyi düşünülən rəsmi şənbə günü Almaniyada keçiriləcək auksionda 50 min avroya satıla bilər.

Komissyonçu Kathrin Weidler məlumat verib ki, "Standesamt und Altes Rathaus Muenchen" (Münxen bələdiyyəsinin və VVAQ idarəsinin binası) adlı rəsm 1905-1914-cü illər arasında yoxsul dolanan rəssam Hitler tərəfindən çəkilib.

Nasist liderinin əsərinin auksiona çıxarılmasının etikliyi barədə suala xanım Weidler, “bu, rəsmi satmaq istəyənlərin problemidir” cavabını verib.

Rəsmi satanların 70 yaşlarında iki alman bacı olduqları düşünülür.

Adolf Hitlerin özü xatirlərində yazırdı ki, onun rəssam olmaq arzularına Vyana İncəsənət Akademiyasından dəfələrlə rədd cavabı alması son qoyub.

Auksion Almaniyanın məşhur Nürenberq şəhərində olacaq. Adolf Hitler öz nasist partiyasınınn mitinqlərini məhz bu şəhərdə keçirirdi və həmin partiyanın vəzifəli üzvləri müharibədən sonra məhz bu şəhərdə mühakimə olunmuşdular.

Hitlerin bundan əvvəl auksiona çıxarılmış beş başqa rəsmi 80 min avroya satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG