Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:59

Qazax məhkəməsinin hakimi işdən çıxarılıb


Elnur Cəbiyev
Elnur Cəbiyev

-

Prezident İlham Əliyev Qazax rayon məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.

Prezident.az saytının yaydığı məlumata görə, buna səbəb hakimin bir dəfələrlə qanunvericiliyin tələblərin kobudcasına pozması olub.

Prezidentin digər bir sərəncamı ilə Naxçıvan şəhər Məhkəməsinin hakimi və sədri Hüseyn Məmmədov vəzifəsindən azad edilib. O, Naxçıvanın Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub.

2009-cu il fevralın 24-də Məhkəmə Hüquq Şurası Elnur Cəbiyevlə bağlı qərar qəbul edib. Həmin vaxt o, Astara rayon məhkəməsinin sədri idi.

Şura Elnur Cəbiyevin baxdığı işlərdə maddi və prosessual hüquq normalarının dəfələrlə pozulduğunu müəyyən etmiş, prezident İlham Əliyevdən onun iş yerinin dəyişdirilməsini istəmişdi.

Bundan sonra - 2009-2011-ci illərdə o, Neftçala, 2011-ci ildən isə Qazax rayon məhkəməsinin hakimi olub.

XS
SM
MD
LG