Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

NATO baş katibi bildirir ki, Ukraynanın şərqində və Rusiya tərəfdə qoşun, silah toplanır


NATO-nun baş katibi Jens Stoltenberg noyabrın 18-də deyib ki, Ukraynanın şərqində və sərhəddin Rusiya tərəfində ciddi şəkildə qoşun, silah toplanır. Stoltenberg Moskvanı öz qüvvələrini geri çəkməyə çağırıb.

NATO baş katibi Brüsseldə jurnalistlərə deyib ki, onda olan məlumat NATO mənbələrindən və ATƏT müşahidəçilərindən gəlir. Stoltenberg deyib ki, “biz qoşunlardan danışırıq, biz sursatdan danışırıq, biz artilleriyadan, ən müasir hava hücumundan müdafiə sistemlərindən danışırıq.Bu, çox ciddi hərbi hazırlıqdır”.

Stoltenberg bunları Avropa Birliyi ölkələrinin müdafiə nazirlərinin iclasına getməzdən əvvəl deyib.

Stoltenberg bildirib ki,ya Moskva sülh danışıqlarının iştirakçısı olacaq ya da təklənmə yolunu davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG