Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:47

“Kapitalistlər insanları aldadırlar ki, guya kağız kitablar pisdir”


Jonathan Franzen
Jonathan Franzen

-

Tanınmış Amerika yazıçısı, “Azadlıq” romanının müəllifi Jonathan Franzen düşünür ki, insanları aldadıb guya ən yeni texnologiyalara ehtiyacları olduğuna inandırırlar:

“Mənim xoşladığım texnologiya elə “Azadlığ”ın kağız nəşridir. Mən onun üstünə su da tökə bilərəm, amma o yenə işləyəcək. Bu mənada yetərincə yaxşı texnologiyadır. Üstəlik də bundan 10 il sonra da yaxşı işləyəcək.

Təsadüfi deyil ki, kapitalistlərin kağız kitabları görməyə gözü yoxdur. Bu onlar üçün pis biznes modelidir”.

Yazıçı deyir ki, yeni texnologiyalar daha çox onları satanlara lazımdır:

"Texnologiya və kapitalizmin sintezi nəzarətdən çıxmış bir dünyanın bərqərar olmasına gətirib çıxarıb. Əgər Avropaya getsəniz, görərsiniz ki, siyasətçilər heç kimdir, Avropada qərarları bankirlər verir. Bununsa nə demokratiya ilə əlaqəsi var, nə də xalqın iradəsi ilə. Biz isə bu vəziyyətin girovuna çevrilmişik. Çünki iPhone-umuz olmağına sevinirik".

Franzen hesab edir ki, elektron kitablar insanları kağız kitablar kimi öz sehrli aləminə apara bilməz. Onun fikrincə, kağız kitabların müəllifləri onları bir dəfə yazıb, əsər bu formada da çap edilib, mürəkkəbi quruyub və daha düzəliş edilməyib. Halbuki nəyəsə monitorda baxanda elə təsəvvür yaranır ki, yazılanları dəyişmək, redaktə etmək olar.

Franzen 2001-ci ildə “Corrections” romanı ilə məşhurlaşıb. Kitab Milli Kitab Mükafatına layiq görülüb. 3 milyon nüsxəsi satılıb. “Azadlıq” romanı isə Franzeni dünya çapında tanıdıb. Onun fanatlarından biri də ABŞ prezidenti Barak Obamadır. Obama hətta onun kitabını çap olunmamışdan qabaq sifariş edib.

Gələn il isə isə Franzenin “Purity” romanı çap ediləcək. Roman gənc bir qadının öz naməlum atasını axtarması haqdadır. Bu axtarış zamanı o, məxfi məlumatları açıqlayan keçmiş ABŞ casusu Snowden sayaq bir insanla qarşılaşır…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG