Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:21

Şahdəniz layihəsində iki yeni müqavilə imzalanıb


«Şahdəniz Mərhələ 2» layihəsinin irəliləyişi üçün iki yeni müqavilə imzalanıb. Şahdəniz Konsorsiumunun noyabrın 18-də yaydığı məlumata görə, yeni müqavilələr «Bredero Shaw» şirkətinin boru örtükləmə bölməsinin bir hissəsi olan «ShawCor Nederland B.V.» (Bredero) şirkəti ilə imzalanıb. İki müqavilənin ümumi dəyəri 226 milyon dollardır.

Müqaviləyə Şahdəniz 2 işlənməsinin sualtı ixrac boru kəmərlərinin korroziya əleyhinə, ağırlaşdırıcı betonla örtüklənməsi və Bakıdakı boru-örtükləmə müəssisəsi olan «Caspian Pipe Coatings» (CPC) zavodununun modernləşdirilməsi daxildir. Müqavilələrin icrasına təxminən 300 yerli işçinin cəlb olunacağı gözlənilir.

Örtükləmə işlərinin CPC zavodundakı modernləşdirmə işləri başa çatandan sonra – 2015-ci ilin yanvarında başlaması gözlənilir. BP-nin «Şahdəniz Mərhələ 2» proqramı üzrə vitse-prezidenti Yuan Dramond bildirib ki, Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri qrafikə uyğun davam edir:

«Bu vaxta kimi 9,6 milyard dollar dəyərində müqavilələr imzalanıb, Azərbaycan və Gürcüstan ərazisindəki bir çox tikinti sahələrində işlər başlanıb».

«Şahdəniz Mərhələ 2» layihəsi Xəzər dənizində yerləşən nəhəng Şahdəniz yatağından ildə 16 milyard kubmetr qaz hasili hədəflənib. Bu qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. İlk qaz hasilatı, Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilə gözlənilir. Avropaya ilk qaz təxminən bir il sonra çatdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG