Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:17

-

“İzvestiya” qəzetinin jurnalisti Aleksandr Prokhanov tanınmış müğənni Andrei Makarevich-ə 500 min rubl (təxminən 10 min dollar) təzminat ödəməli olacaq.

Bu barədə Moskva Məhkəməsi qərar çıxarıb. Jurnalist müğənninin Ukrayna əsgərləri qarşısında konsert verdiyini iddia etmişdi.

Məhkəmənin qərarına görə, bu məlumat yalandır. Jurnalist və onun təmsil etdiyi qəzet məhkəmə xərclərini də ödəməlidirlər.

Bu il avqustun 18-də Prokhanov "Певцы и подлецы" (Müğənnilər və alçaqlar) məqaləsində Makarevich-i Ukraynanın cənub-şərqində - Slavyanskdakı hərbi hissədə əsgərlər qarşısında konsert verərək “onları dinc əhalinin qətlinə ruhlandırmaqda” suçlamışdı.

Müğənni isə bildirirdi ki, o, yalnız Svyatogorsk-da qaçqın düşərgəsində çıxış edib. O, jurnalistdən 1 milyon rubl kompensasiya tələb edirdi.

Bundan əvvəl müğənninin mətbuat katibi Anton Chernin demişdi ki, məhkəməni udarlarsa, kompensasiya kimi onlara ödənəcək pulu Ukraynadakı hərbi əməliyyatlardan əziyyət çəkən qaçqın uşaqlara verəcəklər.

Makarevich Kremlin Ukrayna siyasətini, Ukraynanın şərqində rusiyameylli separatçılara dəstək verilməsini tənqid edir. Son vaxtlarda Rusiya mediasında ona qarşı təbliğat aparılır. Ölkə boyu xeyli konserti ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG