Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44

İqbal Ağazadə: «Heç 50 min manata Bakıda ev almaq olmur».


İqbal Ağazadə

İqbal Ağazadə

-

«Milli Bankın rəhbəri dedi ki, 50 milyon manat ayrılır. Amma bu ipotekanı maaşı yüksək olanlar ala bilirlər. Mənzil şəraiti pis olan, aşağı maaşlılar ala bilmirlər. Bilirsiniz ki, heç 50 min manata Bakıda ev almaq mümkün deyil. Faiz şərtləri yumşaldılmalıdır. Gənclər şəhərciyi tikilsin, ayda 160 manat olmaqla 100 kvadratmetrlik mənzilin pulunu 25 ilə ödəsinlər».

Deputat İqbal Ağazadə Milli Məclisin 18 noyabr iclasında 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

Onun bildirdiyinə görə, əhalinin 80 faizi banklara borcludur, bunun çoxu məcburiyyətdir. Banklar da fantastik faiz qoyur:

«Mərkəzi Bank 3 faizlə xalqın pulunu banklara, banklar da 24 faizlə camaata kredit verir. Banklar həm kreditin faizlərindən, həm də geri qaytarılan pulu yenidən dövriyyəyə buraxmaqla qazanır. İnflyasiyanın həddindən artıq yüksək olduğu Türkiyədə heç belə hal yoxdur».

«Dövlət orqanlarında yaş məhdudiyyəti var. 30 yaşadək adamları götürürlər. Niyə, olimpiadaya göndəririk? Dövlət qulluğu xüsusi idman növüdür? Əgər yaş senzi varsa, onda bu, minimum 45 yaş olmalıdır.

Normadan artıq işləyən müəllim və həkimlərin maaşları ödənmir. Bu stavka 168 manatdır. Bu pulla müəllim necə yaşasın? Ali məktəblərdə müəllimin saatı 2 manatdır. Bu dərsin nə keyfiyyəti olacaq? Ya bu pula kim dərs deməyə gedəcək?» - deyə İqbal Ağazadə soruşur.

Günün bütün mövzuları

XS
SM
MD
LG