Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:07

Qlobal Terrorizm Riski İndeksində Azərbaycan 117-ci yerdədir


-

2014 Qlobal Terrorizm Riski İndeksi 162 ölkəni əhatə edir. Azərbaycan 117-ci yerdədir.

Avstraliyanın Sidney şəhərində qərarlaşan İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı hesabat hər bir ölkədə terror hadisələri, itkilər, xəsarət alanlar, dəyən ziyan əsasında bu ölkədə terrorizm riskini müəyyən edir.

Azərbaycan MDB məkanında terrorizm riskinin azlığına görə,Türkmənistandan sonra ikincidir. Bütün qalan MDB ölkələrində terrorizm riski Azərbaycandan yuxarıdır.

Dünyada terrorizm riskinin ən çox olduğu ölkə İraqdır. Sonrakı yerlərdə Əfqanıstan, Paksitan gəlir. Rusiya 11-ci yerdədir. İran 28-cidir. Gürcüstan 60-cı, Ermənistan 102-ci yerdədir.

Hesabatda dünyada terrorizmin vəziyyəti barədə statistik məlumat da verilir.

Hesabat 2013-cü ilin yekunlaşan statistik məlumatına əsaslanır. Son bir ildə dünyada 17958 adam terrorun qurbanı olub. Bu da bir il əvvəllə müqayisədə 61 faiz çoxdur. Dünyada ölümlə nəticələnən terror hücumlarının 82 faizi cəmi 5 ölkədə cəmlənib: İraq, Əfqanıstan, Paksitan, Nigeriya, Suriya.

Terror hücumlarının 90 faizi insan haqlarının çox pis vəziyyətdə olduğu ölkələrin payına düşür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG