Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:53

«Azərbaycanda 33 min 800 adam müasir qul vəziyyətindədir»


-

Dünyada 35 milyon adam qul şəraitində yaşayır.

“Müasir qul” şəraiti deyəndə zorla işləməyə məcbur edilmək,insan alveri, zorla evlənmək, seksual istismar başa düşülür.

Avstriyada qərarlaşan Walk Free Foundation təşkilatının hazırladığı hesabata görə,qul şəraitində yaşayan adamların ölkə əhalisinin sayına nisbətinə görə Mavritaniya 167 ölkə arasında birincidir. Burda əhalinin düz 4 faizi qul vəziyyətindədir. Özbəkistan ikincidir.Burda əhalinin təxminən 4 faizi qul şəraitində yaşayır. Başqa sözlə, 1 milyon 200 min adam öz ölkəsində quldur.

Özbəkistan ikinci yerdə olmasının əsas səbəbi insanları ildə 2 ay zorla pambıq yığmağa aparmalarıdır.

Azərbaycanda müasir qul vəziyyətində olanlar 33800 nəfərdir. Bu da ölkə əhalisinin 0,359 faizidir.

Azərbaycan 167 ölkə arasında 94-cü yerdədir.

Ermənistanda 10700 nəfər qulvəziyyətində yaşayan var. Bu da ölkə əhalisinin 0,36 faizidir. Ermənistan 81-ci yerdədir.

Dünyada qul vəziyyətində olanların ən az olduğu ölkə İslandiyadır.Burda belə vəziyyətdə olanlar 100 nəfərdən azdır.

ABŞ kimi ölkədə qul vəziyyətində yaşayanlar 60100 nəfərdir. Bu da ölkə əhalisinin 0,019 faizidir. ABŞ 145-ci yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG