Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:23

-

Atlantik Şurası diplomat, biznesmen, hüquqşünas və alim Richard Morningstar-ı Qlobal Enerji Mərkəzinin təsisçi direktoru təyin edib. Morningstar Şuranın ekspert komandasının yeni üzvü olub.

Qurum bildirir ki, Şuradakı yeni vəzifəsi Morningstar-ın on illik hüquqşünas, iyirmi illik özəl sektor rəhbərliyi, tanınmış diplomat karyerasına əsaslanacaq. Richard Morningstar ABŞ-ın Avropa Birliyində səfiri, ABŞ-ın Avrasiya enerjisi üzrə xüsusi səfiri və bu ilin yayınadək Azərbaycanda səfir olub.

«Səfir Morningstar yeni mərkəzimizi qurmağa başlarkən Şuraya qlobal enerji məsələlərinin dərin duyumunu gətirir. Enerji istehsalı sahəsində tarixi dəyişikliklər vaxtı az sayda şəxs bu faktorları və onun nəticələrini anlayır», - Atlantik Şurasının prezidenti Frederick Kempe deyib.

Atlantik Şurasının Qlobal Enerji Mərkəzi etibarlı və davamlı enerjiyə qlobal çıxışın artırılmasına töhfəsini verəcək. Mərkəz, həmçinin, enerjiylə bağlı geosiyasi münaqişələrə kreativ reaksiyalar hazırlayacaq, enerji problemlərinin davamlı həllinə çalışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG