Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

Bir hasarın əlində aciz qalan kasıb


Arxiv fotosu
Arxiv fotosu

-

“Kasıbın çəpərinə qanunsuz tikililər də birləşdirərlər, canını da alarlar”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Zaqatala rayonu, 28 may küçəsindəki 3 saylı evdə yaşayan Güləndar Əsədullayeva deyir. O, qonşuluğunda – 5 saylı evdə yaşayan Məmmədsaleh Həmzəyev tərəfindən çəpərinə bitişik tikilmiş mülklərin sökülməsini istəyir.

“Şəxsi evimin barısına bitişik tikdirdiyi qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı məhkəməyə də müraciət etmişəm. Hakim mənim bütün sübutlarımı gizlətdi, cavabdehin xeyrinə qətnamə çıxardı”.

"ƏDALƏTLİ QƏRAR GÖSLƏSƏM DƏ..."

Birinci instansiya məhkəməsi Güləndar Əsədullayevanın ümidlərinin üstündən iri yağlı bir qara xətt çəkdikdən sonra o, yuxarı məhkəməyə pənah aparır. Şəki Apelliasiya Məhkəməsi bu dəfə də onu çıxılmaz durumda saxlayır:

“Ümid edirdim ki, bəlkə apellyasiya məhkəməsi ədalətli qərar qəbul edə. Çünki kimsə qanunsuz tikilisini mənim çəpərimə bitişdirib, mən kiminsə haqqına girməmişəm axı... Məhkəmə heyəti özləri mübahisəli yerə baxış keçirilib acınacaqlı vəziyyəti görmüşdülər. Məmmədsaleh Həmzəyev isə məhkəməyə məhəl qoymadan fəhlələri əraziyə töküb daha da hasarımı dağıtdı, hazırda da tikinti işlərini davam etdirir. Halbuki, məhkəmə icraatında olan əmlakın üzərində hər hansı hərəkət etmək qanunsuzdur. Amma çifayda, rüşvət olan yerdə Azərbaycan qanunları heç nəyə yaramır”.

VƏKİL TUTMAĞA İMKANI YOXDUR

Şikayətçi məhkəmədə onun hüquqlarını təmsil edəcək nümayəndəsinin, yaxid vəkilinin olmadığını yazır:

“Heç kəsim yoxdur. Səhhətim isə uzaq yola çıxmağa imkan vermir. Maddi imkanımdan ümumiyyətlə danışmaq istəmirəm. Dəsmal götürüb ağalayası durumdayam. Hər dəfə Şəkiyə gedib-gəlmək imkanından hərtərəfli məhrumam. Məhkəmə isə uzandıqca uzanır. Sanki gözləyirlər ki, yorulub işin başını buraxım və istədikləri qərarı çıxarsınlar”.

Məmmədsaleh Həmzəyevsə çəpər qonşusunun ittihamlarını əsassız hesab edib. O, tikintinin qanuni aparıldığını iddia edir.

Hüquqşünas Faiq Hüseynov isə hər hansı tikilinin qonşunun hasarına birləşdirilməsini qanunsuz hesab edir:

"İstənilən tikinti işi qonşunun hasarından azı 1 metr aralı aparılmalıdır".

Güləndar Əsədullayeva məhkəmənin tezliklə onun xeyrinə qərar çıxaracağına ümid edir.

XS
SM
MD
LG