Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:36

Dünyanın demokratiyanı necə müəyyən etməsini avtoritar rejimlər dəyişir. Rusiya Ukraynada sabitliyi niyə pozur? Çünki orda həm də demokratik hökumətin qurulmasını, uğur qazanmasını istəmir, belə hökumət Moskvadakı avtoritar hökumətə təhlükədir

Vaşiqntondan baxanda dünyanın 5 ən güclü terrorçu qrupu.

Dünya mediası bu gün nədən yazır?

AVTORİTAR REJİMLƏR SAKİT DURMUR

Avtoritar rejimlər dünyanın demokratiya anlayışını dəyişir. Bunu Christopher Walker Washington Post qəzetində yazır.

ABŞ-da Demokratiya naminə Milli Fondun Demokratik Tədiqiqatlar Beynəlxalq Forumunun direktoru Christopher Walkerin fikrincə, Rusiyanın Ukraynada sabitliyi pozması, Krımı anneksiya etməsi, ölkənin şərqində üsyana qaldırmasında diqqəti həm də nəyə çəkmək lazımdır: Kreml Ukraynanın demokratik və xalq qarşısında məsuliyyət daşıyan hökumətə sahib olmasının qabağını almaq istəyir. Çünki belə hökumətin olmağı Moskvadakı avtoritar hökumətə təhlükədir. Özü də Ukrayna yalnız bir nümunədir. Moskvadakı, Pekindəki,Riyaddakı, Tehrandakı rejimlər bir-biri ilə çox məsələdə razılşamaya bilərlər, ancaq demokratiyanın yayılmağının qabağını almaqda birdirlər.

Onların buna qarşı strategiyaları 3 əsas istiqamətdə gedir.

Birincisi, beynəlxalq qaydalara əsaslanan, rejimin maraqlarına təhlükə olanregional və beynəlxalq qurumların demokratiya və insan haqları mexanizmini pozmaqdır.

Rusiya Avrasiyanın avtoritar rejimləri ilə birlikdə Avropa Şurasının, ATƏT-in insan haqları meyarlarını laxladıb. Bu, xüsusilə, seçki monitorinqinə və media azadlığına aiddir.

Eyni rolu Venesuela Amerika Dövlətləri Təşkilatında oynayır. Rusiya müxtəlif məsələlərdə demokratiya istiqamətində addımların qarşısını alır. İran və Çin isə internetə hökumət nəzarətinin artırılması ilə bağlı addımları beynəlxalq qurumlara qəbul etdirməyə çalışır.

Demokratik institutlardan uzaqlaşan avtoritar rejimlər öz klublarını yaradır, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı və ya Avrasiya İqtisadi Birliyi. Bunların məqsədi həm də avtoritar normaları institutlaşdırmaqdır.

Avtoritar rejimlərin demokratiya əleyhinə strategiyasının ikinci istiqaməti gənc demokratiyaların və orta səviyyəli göstəricisi olan demokratiyarın iddialı demokratik islahat aparmasının qarşısını almaqdır. Çünki onların uğuru avtoritar rejimlərə təhlükədir. Rusiya Ukraynadan başqa Gürcüstanın və Moldovanın demokratik arzularını boğmaq istəyir. Səudiyyə Ərəbistanı Bəhreyndə demokratik hərəkatın qarşısını alır, Çin isə demokratiyanın Honq Konqdan qırağa çıxmasına imkan vermir.

Avtoritar rejimlərin demokratiyanın qarşısını almaqstrategiyasının 3-cü istiqaməti ideyaların qarşısını almaqdır. İndiki avtoritar rejimlər Soyuq Müharibə dövründəki kimi güclü ideologiyaya malik deyillər.Ancaq ideyanın vacibliyini anlayırlar. Onlra özlərinə ziyan edən demokratik ideyaların təkcə qarşısını almırlar, həm də anti-demokratiya və ya anti-amerika ideyalarını yaradırlar.

Məqaləsinin sonunda Christopher Walker yazır ki, avtoritarların qeyri-azad normalarının onların sərhədlərindən qırağa miqrasiyasının qabağını almaq üçün demokratik dünya tez bir zamanda ciddi və uzun müddətli strategiya qurmalıdır.

5 ƏN TƏHLÜKƏLİ TERRORÇU QRUP

National İnterest məcmuəsi Vaşinqton üçün dünyanın ən təhlükəli 5 terrorçu qrupunun siyahısını hazırlayıb. Birinci yerdə İslam Dövləti təşkilatıdır. CİA-in ehtimalına görə, onun 31 min döyüşçüsü var. Bu təşkilatın o birilərdən əsas fərqi odur ki, hətta al-Qaidanın edə bilmədiyini edir, yəni torpaq tutur, Ərəb dünyasının ortasında xilafət elan edir. İD bunu ən zorakı şəkildə edir. Zorakılıqla bütün mümkün müqavimətin kökünü kəsmək istəyir.

İkinci yerdə Boko Haramdır.Nigeriyanın şimal-şərqindən olan bu cihadçı qrup 2011-ci ilin mayından bu günə kimi 6742 adam öldürüb. 2009-cu ildə Abubakr Shekau onun yeni lideri olandan Boko Haram Nigeriya hökumətinə qarşı yalnız bir taktika seçib, o da terrordur.

Bu təşkilat nəinki 300 məktəbli qızı qaçırdıb, onlar bəzi məktəblərdə şagirdləri diri-diri yandırıblar. Nigeriya ordusu Boko Harama qarşı mübarizəsində bu təşkilata simpatiyası olanları da cəzalandırır, bu vaxt bir çox günahsız adamlar əziyyət çəkir. Bu səbəbdən ABŞ Nigeriya ordusuna bəzi hərbi yardımları dayandərıb.

3-cü yerdə İslam İnqilabi Qvardiyası Korpusudur və ya Qüds qüvvəsidir. İnqilabi Qvardiyanın xaricdəki əməliyyat bölməsini ABŞ hökuməti beynəlxalq terrorçu qruplar sırasına salmayıb.Ancaq İranın İnqilabi Qvardiyasının bu çox məxfi bölməsi çox da effektiv işləyir. O, regionda terrorçu qruplarla əlaqə saxlayır, dəstək verir. Məhz bu səbəbdən Qüds qüvvəsi çox təhlükəlidir.

CİA-in keçmiş əməliyyatçısı New Yorker jurnalına deyib ki,Qüds qüvvəsinin komandiri “Süleymani hazırda Yaxın Şərqdə ən qüdrətli əməliyyatçıdır, onun adını isə heç kim eşitməyib”.

Haqqani şəbəkəsi siyahıda 4-cüdür. Əfqanıstanda Amerika qoşunları əleyhinəən güclü partizan hücumlarını məhz bu qrup təşkil edir. Ən yüksək səviyyədə və ən yaxşı təşkil olunmuş hücumlar Kabildə olur.Əfqanıstanın güclütəhlükəsizlik tədbirlərinə baxmayaraq hücum təşkil edə bilən bu qrupun gücü təkcə hücumda deyil, həm də aradan çıxmaq bacarığındadır. Bu qrupun ən böyük təhlükəsi isə Talibanın daha geniş hücumlarına şərait yaratmasındadır. Haqqaninin Əfqanıstanın şərqindəki tayfalarla da sıx əlaqəsi var.

5-ci yerdə Kataib Hizbollahdır. Üzünü qara yaylıqla bağlayıb, gecəyarı gedib adamları tutub-gətirən və işgəncədən sonra başlarına güllə vuranlar kimlərdir? Bu, İD yaraqlıları deyil. Bu, Kataib Hezbollahdır. Kataib Hezbollah 2006-cı ildə İraqda gözətçilik edən ABŞ patrullarını öldürmək üçün yaradılıb. Bağdadın ən qorunan yeri Yaşıl Zonadır. Kataib Hezbollah öz hücumlarını birbaşa Yaşıl Zonada edirdi. İraq Ordusu ağlagəlməz şəkildə dağılandan sonra Kataib Hezbollah daha da güclənib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG