Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14

Helsinki Komissiyası korrupsiya dinləməsi keçirir


Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyası

Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyası

-

ABŞ Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyası noyabrın 19-da Vaşinqtonda korrupsiya ilə mübarizəyə dair dinləmə keçirəcək. Tədbir “ATƏT regionunda korrupsiya ilə mübarizə: Təhlükəsizlik və Yaxşı İdarəçilik arasında bağlılıq” adlanır.

Komissiyanın yaydığı pres-relizdə bildirilir ki, korrupsiya ilə mübarizə uzunmüddətli təhlükəsizliyin təminatı üçün əsas faktordur, çünki korrupsiya sosial çevriliş və sabitsizlik üçün münbit əsas yaradır.

“Bu ilin əvvəlində Ukrayna hökumətinin dəyişməsi korrupsiyanın xalqın qanuni narazılığını necə qızışdırdığına yaxşı nümunədir,” qurum bildirir.

Dinləmədə diqqət ATƏT-in 57 üzvündə korrupsiya ilə mübarizəyə yönələcək.

AzadlıqRadiosunun “İşdən sonra” proqramının aparıcısı Xədicə İsmayıl tədbirə şahid qismində dəvət olunub. Lakin jurnalist ölkədən çıxışına qoyulan qadağaya görə, tədbirə qatıla bilməyəcək.

O, TƏDBİRƏ QATILA BİLMƏSƏ DƏ...

Xədicə İsmayıl deyir ki, bu tədbirdə Azərbaycanda korrupsiya ilə mübarizənin durumundan, ölkənin ali rəhbərlərindən aşağı sisteminə qədər korrupsiyanın necə işləməsi, ümumiyyətlə, hökumət korrupsiya ilə mübarizə deyən atdığı addımlardan danışacaqdı:

Xədicə İsmayıl

Xədicə İsmayıl

“Azərbaycan ABŞ və Braziliya prezidentlərinin təşəbbüsü ilə “açıq hökumət əməkdaşlıq” təşəbbüsə qoşulub. Bununla da öz üzərinə öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də medianın informasiya əldə etmək azadlığı olub. Bu təşəbbüsə qoşulma niyyətini bəyan etdikdən bir neçə ay sonra şirkətlərin təsisçiləri haqda məlumatları kommersiya sirri hesab olunması ilə bağlı qanunlara dəyişiklik edib, bununla da medianın informasiya almasını qısıtlayıb. Çıxışda ölkə prezidentinin ailəsinin korrupsiyadan yaralanması, korrupsiyanın çiçəklənməsinə necə rəvac verməsi, həm də korrupsiyanın ölkənin müstəqilliyinə necə təsir edəcəyindən danışacaqdım”.

Jurnalist bildirir ki, tədbirdə iştirak edə bilməsə də çıxışının mətni yazılı şəkildə tədbir təşkilatçılarına göndərib:

“Mətn iştirakçılara paylanacaq, ola bilər həm də, səsləndirilsin. Çıxışımda yer alan bütün fikirlərlə bağlı faktlar, sənədlər də əlavə etmişəm ki, kimdəsə şübhə yaranarsa sənədlərə baxsın”.

“HANSISA CİNAYƏT İŞİ ÜZRƏ DİNDİRİLMƏLİ OLSAYDIM...”

Ölkədən çıxışına qoyulan qadağa ilə bağlı Xədicə İsmayıl deyir ki, onun bu tədbirə buraxacaqlarına icazə veriləcəyinə inanacaq qədər sadəlövh deyil:

“Mənə bunu sənədləşdirmək lazım idi. Heç bir əsas olmadan ölkədən çıxışıma qadağa qoyulub. Mən hansısa cinayət iş üzrə dindirilməli olsaydım indiyə kimi dindirilərdim. Hələki məni istintaqa dəvət ediblər, nə də dindiriblər. Mən bu tədbirə sentyabrda dəvət almışam. Görünür, e-mailimi nəzarətdə saxlayan hüquq mühafizə orqanları bütün məktubları oxuduğu kimi, həmin məktubu da oxuyublar”.

Xədicə İsmayıl deyir ki, qanunsuz olaraq ölkədən buraxılmaması ilə bağlı məhkəməyə müraciət edəcək.

O, oktyabrın 12-də beynəlxalq foruma qatılmaq üçün Çexiyaya getmək istəyərkən ölkədən buraxılmayıb. Onun 2014-cü ildə başlanan cinayət işinə şahid qismində cəlb edilib və istintaqda ifadə vermək zərurəti yarandığından ölkədən çıxışına qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG