Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55

Helsinki Komissiyası korrupsiya dinləməsi keçirir


Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyasının logosu

Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyasının logosu

-

ABŞ Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyası noyabrın 19-da Vaşinqtonda korrupsiya ilə mübarizəyə dair dinləmə keçirəcək. Tədbir “ATƏT regionunda korrupsiya ilə mübarizə: Təhlükəsizlik və Yaxşı İdarəçilik arasında bağlılıq” adlanır.

Komissiyanın yaydığı pres-relizdə bildirilir ki, korrupsiya ilə mübarizə uzunmüddətli təhlükəsizliyin təminatı üçün əsas faktordur, çünki korrupsiya sosial çevriliş və sabitsizlik üçün münbit əsas yaradır. “Bu ilin əvvəlində Ukrayna hökumətinin dəyişməsi korrupsiyanın xalqın qanuni narazılığını necə qızışdırdığına yaxşı nümunədir,” qurum bildirir.

Dinləmədə diqqət ATƏT-in 57 üzvündə korrupsiya ilə mübarizəyə yönələcək.

AzadlıqRadiosunun “İşdən sonra” proqramının aparıcısı Xədicə İsmayıl tədbirə şahid qismində dəvət olunub. Ancaq jurnalist facebook səhifəsində yazır ki, səyahət qadağasına görə tədbirə qatıla bilməyəcək.

“Bu səbəbdən yazılı ifadəmi göndərdim,” Xədicə İsmayıl qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG