Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:47

2015-ci ildə 40,6 mln. ton həcmində neft hasilatı gözlənilir


İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova

-

Noyabrın 18-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova müzakirələr zamanı qeyd edib ki, 2015-ci ildə Azərbaycanda 40,6 mln. ton həcmində neft hasilatı gözlənilir. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda investisiya qoyuluşu 5 faiz artacaq:

«Gələn il ölkə iqtisadiyyatına yatırılan investisiya 25 mlrd. ABŞ dollarını kecəcək. Bunun 6,9 mlrd. dolları xarici investisiyaların payına düşəcək. 2015-ci ildə neft sektoruna 7,4 mlrd. dollar həcmində investisiya yönəldiləcək. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların əsas hissəsi qeyri-neft sektorunun inkişafına yönəldiləcək».

Nazir müavini qeyd edib ki, növbəti 4 ildə ölkə iqtisadiyyatına 100 mlrd. dollardan çox həcmində investisiya yatırılacağı proqnozlaşdırırlır. Sevinc Həsənova deyir ki, qarşıda duran əsas məsələ iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır. Onun sözlərinə görə, Sumqayıt tekstil fabriki, yağ fabriki, Ağdaşda quru meyvə istehsalı, digər bölgələrdə də bir sıra müəassisələr açılıb: «İndi 30-dan çox sənaye müəssisəsi yaradılır. Bu müəssisələr də regionların inkişafına öz töhfəsini verəcək».

Sevinc Həsənova bilririr ki, gələn il qeyri-neft sektorunun inkişafına diqqət artırılacaq: «Kənd, meşə və balıqçılıqda riskli hava şəraitində 3,5 faiz artım gözlənir. Yeni aqrar komplekslərin istifadəyə verilməsi nəzərdə tutulur. 30 min ha-lıq ərazidə iri fermer təsərrüfatları yaradılır. 2015-ci ildə də Azərbaycanda inflyasiyanın səviyyəsi aşağı olacaq».

Nazir müavinin sözlərinə görə, Azərbaycanda makroiqtisabitlik qorunur, inflyasiya da aşağı səviyyədədir. Nazir müavini qeyd edib ki, gələn il də inflyasiya səviyyəsi 2,3 faiz həcmində proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG