Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:51

-

Deputat Ziyad Səmədzadə deyir ki, 2015-ci ildə ÜDM 2.4 faiz artacaq və ÜDM-in adambaşına düşən həcmi 8 min dollar təşkil edəcək.

Onun sözlərinə görə, ÜDM-in adambaşına düşən həcminə görə Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra üçüncü yerdə dayanır.

Millət vəkili qeyd edir ki, bu ilin büdcəsində aqrar sektora geniş yer ayrılıb: «Aqrar sektorda böyük işlər görülür. 30-a yaxın iri fermer təsərrüfatı yaradılıb. Sahibkarın sərəncamında iri torpaqlar var, bu isə o deməkdir ki, məhsuldarlıq yüksək olacaq. Biz daxili bazarımızı qorumalıyıq. Hələ də kəndli öz məhsulunu bazara çıxara bilmir, öz əməyindən mənfəət əldə edə bilmir. Biz həvəsləndirici metodlar həyata keçirməliyik. Düzdür, 100 milyon manatlıq subsidiya verilir, amma bəlkə biz oturub danışmalıyıq ki, subsidiya nəticəyə görə verilsin».

Ziyad Səmədzadə nəqliyyat infrastrukturuna diqqət ayrıldığımı söylədi. O bildirdi ki, Azərbaycan-Rusiya arasında dəmiryolu xətləri çəkilməlidir.

Xarici borclanma siyasətinə də toxunan Ziyad Səmədzadə deyir ki, xarici borclar ÜDM-nin 8 faizini təşkil edir və bu, o qədər də çox deyil. Amma o, bundan sonra müasir texnologiyaları hədəfləyən kreditlərin alınmasının vacibliyini vurğuladı: «Biz dünyanın tərkib hissəsiyik, kredit almalıyıq. Amma Azərbaycan həm də artıq borcalan ölkədən borcverən ölkəyə çevrilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG