Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:27

Noyabrın 18-də Qüdsdə sinaqoqa balta və bıçaqla silahlanmış iki şəxs hücum edib. Onlar 4 dindarı qətlə yetirib, 6 nəfəri yaralayıb. Polis silahlılara atəş açaraq öldürüb.

Polisin sözçüsü hücumçuların Qüdsün şərqindən gələn fələstinlilər olduğunu bildirir.

Son həftələr İsrail və Fələstin ərazisində zorakılıq artıb. Ötən ay fələstinlilər 5 israillini və bir xarici turisti öldürüb.

Həmin hücumları həyata keçirənlər də daxil olmaqla, 10-dan çox fələstinli də həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG