Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 04:53

Bakıda universitet yataqxanası uçdu


Bakı Slavyan Universitetinin Binəqədi rayonunda yerləşən yataqxanasında uçqun olub.

APA-nın məlumatın görə, yataqxananın 4-cü mərtəbəsində döşəmənin uçması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə Dərnəgül qəsəbəsi Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında baş verib.

Təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsə ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG