Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:51

İnterpol biznesmenin həbsi məsələsinə yenidən baxacaq


Britaniyalı biznesmen William Browder

Britaniyalı biznesmen William Browder

Britaniyada yaşayan biznesmen William Browder deyir ki, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) onun həbsinə dair Rusiyanın xahişinə yenidən baxacaq. Biznesmenə beş il öncə Moskvada həbsxanada ölmüş vəkil Sergei Magnitsky-nin işilə bağlı ittihamlar var.

İnterpol Browder-ə xəbərdarlıq edib ki, noyabrın 20-21-də Fransada keçiriləcək iclasında bu məsələyə baxacaq. İnterpol indiyədək Rusiyanın iki bənzər xahişini rədd edib, Rusiyanın bu məsələdə “siyasi” məqsədləri olduğunu bildirib.

Rusiya müstəntiqləri iyunda bildiriblər ki, İnterpol Rusiyanın xahişinə yenidən baxmağa qərar verib.

Browder Magnitsky-nin ölümünə görə Rusiya rəsmilərinə sanksiyalara çağırıb. Rusiya Browder-i, eləcə də ölümündən sonra Magnitsky-ni vergidən yayınmada təqsirli bilib. Qərb hökumətləri bu qərarı pisləyib. İstintaqın gəldiyi nəticəyə görə hüquqşünas Magnitsky Hermitage Capital fondunun rəhbəri William Browderin göstərişi ilə vergidən yayınmaq üçün xüsusi sxem hazırlayıb və nəticədə dövlətə 522 milyon rubl ziyan dəyib.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb. Müdafiə tərəfi onun döyülərək, Rusiya hakimiyyəti isə ürək tutmasından öldüyünü deyir. Vəkilin Rusiyada böyük məbləğdə büdcə vəsaitinin mənimsənilməsini açdığına görə təqib olunduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG