Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55

Gürcüstanın baş naziri ölkəsinin Qərb yolunda olduğunu deyir


 Irakly Garibashvili

Irakly Garibashvili

Gürcüstanın baş naziri deyir ki, ölkəsinin Avropaya inteqrasiyaya doğru götürdüyü yol dönməz olaraq qalır. Irakly Garibashvili noyabrın 17-də Brüsseldə NATO rəsmiləri ilə görüşüb.

Bu ayın əvvəlində Garibashvili müdafiə naziri Irakly Alasania-nı işdən çıxarandan sonra ölkənin qərbyönlü kursu sarıdan narahatlıq yaranıb. Alasania bir neçə hərbçinin həbsini “Gürcüstanın avroatlantik seçiminə hücum” adlandırıb.

Alasania-dan sonra Gürcüstanın xarici işlər naziri istefa verib, hakim koalisiyadakı altı partiyadan biri çıxıb.

Garibashvili Brüsseldə deyib ki, o, “Avropaya inteqrasiya prosesinin transformativ gücündən” yararlanaraq ölkəsini regionda bir uğur hekayətinə çevirmək istəyir.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini ona deyib ki, Gürcüstanda hüququn aliliyi gücləndirməlidir.

Gürcüstan və AB iyunda ticarət və əməkdaşlıq sazişi imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG