Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:50

Quş qripi bu dəfə Avropadan başladı


Arxiv
Arxiv

H5N8 ştamlı virusun 2008-ci ildə yayılmış H5N1 virusundan fərqli olaraq insandan insana yoluxması potensialı aşağıdır.

Avropa Komissiyası Britaniya və Hollandiyada ev quşları arasında qeydə alınmış qripin yayılmaması üçün təcili tədbirlərə başlayıb.

Quş qripinin baş qaldırması barədə xəbərlər baytar həkimlər İngiltərənin Şərqi Yorkşir əyalətindəki Nafferton qəsəbəsində bir ev ördəyində qrip virusunu aşkar etdikdən sonra yayılıb.

Bunun ardınca hökumət mütəxəssisləri tərəfindən aparılmış analizlər quş qripi virusunun aşkar olunmasını təsdiq ediblər.

Bu arada Hollandiya hökuməti Mərkəzi Utrext əyalətinin bir fermasında H5N8 ştamlı qrip virusunu aşkar ediblər.

Hollandiyada quş əti və yumurtanın daşınması bütün ölkə boyunca qadağan edilib.

H5N8 virusu

Mütəxəssislər güman edirlər ki, Britaniyaya quş qripinin virusu Holandiya və ya Almaniyadan gəlib.

İngiltərədə Yorkşir quşçuluq fermasının ətrafında 10 kilometrlik radiusda qadağan qurşağı elan edilib və virusun yayılmasının qarşısını almaq üçün ev quşlarının kütləvi qırımına başlanıb.

Bununla belə adı çəkilən ölkələrin ictimaiyyətlərinə narahatlıq üçün əsas olmadığı elan edilib, beləki, hazırkı H5N8 ştamlı virusun 2008-ci ildə yayılmış H5N1 virusundan fərqli olaraq insandan insana yoluxması potensialı aşağıdır.

Avropa Komissiyasının bəyanatında bildirilir ki, “xəstəliyin tez bir zamanda nəzarət altına alınması” üçün təcili tədbirlərə başlanıb.

İnsandan insana keçmə təhlükəsi cüzi olsa da, H5N8 virusu quşlar üçün son dərəcə yoluxucu virus hesab edilir.

Toyuq və yumurta ixracı qadağan olunub

Avropa Komissiyasının sözçüsü bildirib ki, təcili tədbirlərin Milad bayramına hazırlıq ticarətinə təsir etməyəcəyi gözlənilir.

Avropa Komissiyası Britaniya və Hollandiyadan qitənin başqa ölkələrinə toyuq əti və yumurtanın ixracını qadağan edib.

Görülən tədbirlər barədə həmçinin qeyri-ittifaq ölkələrinə də məlumat verilib.

Britaniyanın Ətraf Mühit naziri Liz Truss ölkə parlamenti qarşısında bildirib ki, hazırkı quş qripi virusunun insanlar üçün təhlükəsi minimumdur.

Hollandiyada 150 min toyuq zəhərli qazla tələf edilib

O həmçinin ictimaiyyətə təminat verib ki, hazırda satışda olan toyuq və hindtoyuğu əti qidalanma üçün təhlükəsizdir.

Bununla belə, Hollandiya hökuməti indiki qripin quşlar üçün böyük təhlükə təşkil etdiyini bildirib, lakin əlavə edib ki, bu virus quşlarla yaxın təmasda olan insanlara da yoluxa bilər.

Hollandiyada quş qripinin qeydə alındığı Hekendorp qəsəbəsində 150 min toyuq-cücəninqaz vasitəsilə boğulmasına başlanıb.

Dünya Heyvanların Sağlamlığı Təşkilatının başçısı Bernard Vallat belə bir ehtimal irəli sürüb ki, bu dəfəki quş qripinin yayılmasına səbəb köçəri quşların ev quşları üçün hazırlanmış yemləri yoluxdurması olub.

O bütün Avropa boyunca quşçuluq təsərrüfatlarını yem sahələrini köçəri çöl quşlarından qorumağa çağırıb.

İnsanlar üçün də təhlükə var

Əksər quş qripi ştamları insanlara yoluxmur, lakin H5N1 və H7N9 virusları insanları üçün ciddi təhlükələr yaradıb.

İnsanların yoluxması halları xəstəlikdən ölmüş quşlara toxunulması nəticəsində baş verir. İnsandan insana yoluxma, adətən yaxın ailə üzvləri arasında qeydə alınır.

Dünya Səhiyyə Təşkilatı bidlirir ki, hətta H5N1 və H7N9 virusları da quş əti və yumurta yaxşı bişirildikdə qidalanma vasitəsilə insanlara keçmir.

H5N1 virusunun insanlar arasında ölümcüllük faizi 60-dır və bu virus 2003-2013-cü illər arsında 384 nəfərin ölümü ilə nəticələnib.

Qripin ümumi simptomları qızdırma və öskürəkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG