Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Prezidenti fitə və ...yumurtaya basdılar


Çexiyada "Zemana qırmızı kart" hərəkatı yaranıb. Vətəndaşlar öz etirazlarını futbol simvolikası ilə ifadə edilər

Çexiyada "Zemana qırmızı kart" hərəkatı yaranıb. Vətəndaşlar öz etirazlarını futbol simvolikası ilə ifadə edilər

- Krımın işğalından sonra Çexiya prezidentinin mövqeyi digər Avropa liderlərindən kəskin şəkildə fərqlənir. Rusiyaya qarşı sanksiyaların əleyhinə olan Zeman Ukraynanın Avropaya inteqrasiyasını da zərəli sayır, deyir ki, vətəndaş müharibəsinin getdiyi ölkəni Avropaya qəbul etmək doğru deyil.

Onun çıxışları istər sadə vətəndaşlar, istəsə də Avropa və Çexiya siyasətçiləri arasında kəskin tənqidlə qarşılanıb.

Noyabrın 17-də, Praqda Məxməri inqilabın 25-ci ildönümünə həsr olunmuş mitinqdə prezidentin çıxışını fitə basdılar. Səhnəyə doğru yumurta atanlar da oldu.

Milosh Zeman heç nə olmamış kimi çıxışını davam etdirsə də Çexiya sakinləri arasında kəskin şəkildə gözdən düşür. Yerli mediada kəskin tənqidlərlə üzləşən Zeman Rusiya mediasının ən tələb olunan şəxsinə çevrilib.

Rusiya kanallarında rus dilində müsahibələr verən Zeman deyir ki, Avropa Birliyi Rusiyaya qarşı deyil, Yaxın Şərqdəki islam ekstremizminə qarşı mübarizədə Rusiya ilə birləşməlidir.

Zemanın tənqidi artıq Praqanın reklam lövhələrində də özünə yer tapır. Bu günlərdə Çexiya paytaxtının müxtəlif yerlərində Krım tatarlarının liderı Musatafa Cemilovun şəkilləri və onun sitatı peyda oldu. "1968-ci ildə mən Sovet qoşunlarının Çexiyaya müdaxiləsinə etiraz etdiyimə görə illərlə həbsdə qaldım. İndi mənim vətənimə Rusiya qoşunlarının müdaxiləsini Çexiya prezidenti dəstəkləyir"



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG