Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:52

ATƏTin nümayəndəsi Xankəndinə səfər edib


Arxiv fotosu
Arxiv fotosu

-

Regionda səfərdə olan ATƏTin səfiri Andrzej Kasprzyk (Anjey Kasparjik) Xankəndində separatçı rejimin nümayəndələri ilə görüşüb. AzadlıqRadiosu erməni xidmətinin xəbərinə əsasən, qondarma qurumun müdafiə naziri Movses Akopian Kasprzyk-lə noyabrın 12-də vurulan verolyotun heyət üzvlərinin taleyi haqda danışıblar. Akopian ümud edir ki, ATƏT pilotların aiqbətini aydınlaşdırmaq üçün əlindən gələni edəcək.

Noyabrın 12-də Ağdamın Kəngərli kəndi yaxınlığında vurulan Mi-24 hərbi vertolyotu neytral ərazidə yerə düşüb. Onun heyət üzvlərinin həlak olduğu ehtimal edilir. Azərbaycan vertolyotun Azərbaycan mövqelərini hücum etdiyini bildirir, ermənilər isə vertolyotun silahsız olduğunu iddia edirlər.

Vertolyotun vurulması ilə bağlı bütün xəbərləri burada oxu

XS
SM
MD
LG