Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:09

SEAT gələn ilin əvvəlindən Rusiyanı tərk edir. Bunu Kommersant qəzeti SEAT-dakı mənbələrə istinadla yazıb.

SEAT-ın getməyi isə rublun düşməyi ilə bağlıdır.

Bu ilin yanvar ayından oktyabr ayına kimi SEAT-ın Rusiyada satışı 57 faiz azalıb.

SEAT Rusiyada 10 ayda 1300 maşın satıb.

İspaniyanın maşın istehsalçısı SEAT Almaniyanın Volkswagen şirkətinə daxildir.

Rubl dəyərdən düşəndən sonra xaricdən SEAT maşınları gətirmək baha başa gəlir.

Moskvada SEAT, Volvo, Ford, Kia maşınlarının satışı ilə məşğul olan Favorite Motorsun rəhbəri Popov deyir ki, SEAT bir sıra digər maşın istehsalçılarından fərqli olaraq maşınları Rusiyada yığmaq istəmirdi və indi rublun düşməyi ilə buna görə "cəzalanır" .

Günün bütün mövzuları

XS
SM
MD
LG