Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

"Milli Kitabxanada kitabları qeyri-peşəkar şəkildə elektron formata salırlar"


Bəhruz Səmədov

Bəhruz Səmədov

-

"Ən çox yüklənən kitab Gabriel Garcia Marquez-in “Hüznlü fahişələrim” romanıdır"

Elektronkitab.com saytının yaradıcısı və redaktoru Bəhruz Səmədovla müsahibə

- Bəhruz bəy, saytınız nə qədər müddətdir açılıb və necə oldu belə bir ideya yarandı?

- Sayt təqribən bir aydır açılıb, şəxsi təşəbbüsümlə, ölkədə kitab oxunmasına dəstək üçün yaratmışam və saytdan heç bir gəlir götürmək fikrim yoxdur.

- Saytınızda təqribən nə qədər kitab var və kitabları hansı üsulla elektron formata salırsınız?

- Sayta hələlik 200-ə yaxın kitab toplamışıq. Kitabları elektron formata çevirmək üçün skanerdən keçirilmiş kitabları götürüb xüsusi proqramlarla üzərində işləyirəm.

Məsələ ondadır ki, Azərbaycanda elektron kitablar çox pis skan edilir, mənsə onların üzərində bir qədər işləyirəm ki, onları kitab oxuma cihazlarında daha rahat oxumaq mümkün olsun.

Bəhruz Səmədov

Bəhruz Səmədov

- Son illər Azərbaycanda kitaba maraq xeyli çoxalıb, oxucuların sayında nəzərəçarpacaq artım var. Bəs elektron kitabların oxunmasında bir canlanma varmı? Ən çox hansı kitablar yüklənir?

- Saytda canlanma güclüdür, elə kitablar var 300-400 dəfə yüklənib. Bizdə elektron kitabla bağlı əsas problem odur ki, kitablar keyfiyyətsiz formadadır. Oxunmur. Ən böyük elektron kitab saytı Azərbaycan Milli Kitabxanasının saytı anl.az-dır. Bu saytda kitabların elektron hala salınması zamanı qeyri-peşəkarlıq göstərirlər deyə, son nəticədə bu, elektron kitablara marağı azaldır.

Bizdə ən çox yüklənən kitab Gabriel Garcia Marquez-in “Hüznlü fahişələrim” kitabıdır.

- İnkişaf etmiş Avropa, Amerika ölkələrində ənənəvi kitab mağazaları böhran keçirir, əvəzində elektron kitablara maraq get-gedə artıq. Necə düşünürsünüz Azərbaycanda da belə bir hal gözlənilirmi?

- Əlbəttə, belə də olmalıdır. Sayta olan maraqdan görürəm ki, insanlar daha çox elektron kitablar oxumağa meyllidirlər, çünki kağız kitabların qiymətləri çox bahadır. İnsanlarda “Qanun” nəşriyyatının 20 manatlıq kitablarını almağa pul yoxdur, bunun yerinə elektron kitabları pulsuz yükləmək daha əlverişlidir.

Məncə, kağız kitabların dövranı artıq bitmək üzrədir. Ancaq düşünürəm ki, bizim ölkədə elektron kitabların kağız kitabların üzərində üstünlük qazanması üçün hələ 10-15 il lazımdır. Çünki, ölkədə hələ 21-ci əsrin yazarlarının kitabları elektron hala salınmayıb. Elektron hala salınanlar isə çox keyfiyyətsizdir.

Söhbətləşdi: Namiq Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG