Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:35

Edam edənlər arasında Fransa və ola bilsin ki, Britaniya vətəndaşı var


Peter Kassig

Peter Kassig

ABŞ-ın yardım işçisinin və Suriyalı əsgərlərin edam olunması videosunda İslam Dövləti yaraqlıları arasında ola bilsin ki, Britaniyadan olan keçmiş tibb tələbəsi və bir Fransa vətəndaşı var.

Fransanın Daxili İşlər nazirliyi noyabrın 17-də elan edib ki, çox böyük əminliklə demək olar ki, videodakı cihadçılardan biri Maxime Haucharddır. Onun 22 yaşı var vəo, Normandiyadandır.

Britaniyada isə Kardiff sakini Ahmed Muthana "Daily Mail" qəzetinə demişdi ki, onun Nasser adlı 20 yaşlı oğlu videoda cihadçılar arasındadır, ancaq sonra bu sözlərindən imtina etdi. O bildirdi ki, videoya dəfələrlə yenidən baxıb və orda onun oğlu yoxdur.

Noyabrın 16-da yayılan həmin videoda amerikalı Peter Kassig və 18 suriyalı əsgərin boynu vurulur.

Paris prokurorluğu bildirib ki, cihadçılarla əlaqədə şübhəli bilinən1000 nəfərə göz qoyulur. 95 nəfərə qarşı isə ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG