2018-ci ilə kimi Yeni Kaledoniyaya imkan veriləcək ki. müstəqilliklə bağlı referendum keçirsinlər. Bunu Fransa prezidenti Hollande Yeni Kaledoniyaya səfəri zamanı deyib.
O söz verib ki,axırıncı söz kaledoniyalılara məxsus olacaq və onların qərarı hörmətlə qarşılanacaq.
Hollande deyib ki, referendumun dəqiq vaxtını yerli Konqress müəyyən edəcək,edə bilməsə, onda ən geci 2018-ci ilə kimi bu referendum keçiriləcək.
Yeni Kaledoniya 1853-cü ildə Fransaya müstəmləkə kimi daxil olub.
1998-ci ildə burda referendum keçirildi və yerli əhali müstəqiliyin əleyhinə səs verdi. Bundan sonra Yeni Kaledoniya hakimiyyəti və Paris saziş imzaladılar ki, Yeni kaledoniyanın müstəqil dövlət olması mərhələ-mərhələ həyata keçirilsin.
Hazırda Yeni Kaledoniya parlamenti olan Konqresdə 29 deputat müstəqiliyin əleyhinə, 25-I lehinədior.
Yeni Kaledoniya Avstraliyadan 1200 km şərqdə, Sakit Okeanda adalara yerləşir. Burda 270 min yerli əhali var.