Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:39

“Qorxma, mən səninləyəm! 1919” Rusiyada təqdim olunacaq


“Qorxma, mən səninləyəm! 1919”
“Qorxma, mən səninləyəm! 1919”

-

Noyabrın 17-də C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” filminin Moskvanın “Rusiya” teatrında Rusiya premyerası baş tutacaq.

“Azərbyacanfilm” kinostudiyasının yaydığı xəbər görə, filmin təqdimatında iştirak etmək üçün baş rolları canlandıran Eldar Qasımov, Bəhram Bağırzadə, filmin icraçı prodüseri Nadir Əliyev Moskvaya yola düşüblər.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan filmin ssenari müəllifi və quruluşçu rejissoru Yuli Qusman, qurluşçu operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, bəstəkar Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyev, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə baş rolları məşhur azərbaycanlı və rusiyalı aktyorlar Polad Bülbüloğlu, Lev Durov, Muxtarbek Kantemirov, Bəhram Bağırzadə, Mixail Yefremov, Kristina Güləliyeva, Eldar Qasımov, Teymur Bədəlbəyli, Həmidə Ömərova, Məbud Məhərrəmov, Zaur Şəfiyev, Nuriyə Əhmədli, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze və digərləri canlandırıblar.

XS
SM
MD
LG